Tarixdə bugün


Məlumat lenti
Ozon qazı və onun əhəmiyyəti
Dərc edilib: 01:08:10 08/06/2016


Şüuraltı nədir?
Dərc edilib: 23:21:55 05/07/2014

Dünyanın yeddi möcüzəsi
Dərc edilib: 18:34:35 30/06/2014

Saytımızın bölmə sayları dayanmadan artır
Dərc edilib: 01:06:07 18/06/2014





Son müzakirələr


Xoşbəxtlik!


Dərc edilib: 01:41:10 20/12/2014

Sevginin ömrü nə qədərdir?


Dərc edilib: 08:25:08 10/08/2014



Baş səhifə

İntellekt əmsalı

"İntellekt əmsalı" anlayışı 1912-ci ildə alman psixoloqu Villyam Ştern (William Stern) tərəfindən daxil edilmişdir. 1904-cü ildə Alfred Binet tərəfindən işlənmiş intellekt testlərinin aparılmasında yoxlama suallarının sayı uşağın yaşına uyğunlaşdırılır. Binet məktəb uşaqlarında sinifləşdirmə testləri apararaq bu nəticəyə gəlir ki, bir uşağa verilmiş qiymət "intellekt" kimi qəbul edilə bilməz, çünki, o bir ədədlə təyin olunmur. O, bu mövzu haqqında deyir: "Şkala, düzünü desək, intellekt üçün ölçü deyil, çünki, intellekt keyfiyyətləri cəmlənmirlər və bununla xətti səth kimi ölçülə bilməz". İlk vaxtlarda məktəbə gedən uşaqlar üçün yaradılmış İQ hesablanması sonralar David Veksler tərəfindən inkişafla əlaqəli olan böyütmə əmsalı (100) ilə böyüklərə də tətbiq edilir.
İntellekt əmsalı insanın malik olduğu intellekt qabiliyyətinin kəmiyyət göstəricisidir. Verilmiş şəxs eyni zamanda cəmiyyətdə orta statistik insanın malik olduğu intellektə nisbətən müqayisə olunur. Bunun üçün xüsusu testlər mövcuddur. IQ testləri bilik səviyyəsini yox, düşünmə qabiliyyətini aşkar etməyə xidmət edir. İntellekt əmsalı ümumi intellekt faktorunun (g) qiymətləndirilməsi üçün tətbiq edilir.
İQ testləri elə tərtib edilir ki, nəticəni mərkəzi 100%-ə bərabər İQ qiyməti olan normal səpələnmə kimi təsvir etmək mümkün olsun, belə ki, insanların 50%-i 90-110 arasında, 25%-i isə 110-dan artıq qiymətə malik olsunlar. Amerika ali məktəbinin məzununun İQ qiyməti 115, əlaçıların ki, isə 135-140 təşkil edir.İQ qiyməti 70-dən kiçik olan şəxslər əqli cəhətdən geri qalmış hesab olunur.
İntellekt əmsalının qiymətinə görə aşağıdakı səviyyələr müəyyən edilir
20-34 Embesil (Əqli çatışmayan)
35-49 Yüksək dərəcədə əqli çatışmazlıq
50-69 Orta dərəcədə əqli çatışmazlıq
70-79 Aşağı dərəcədə əqli çatışmazlıq
80-89 Donuq normal
90-109 Normal zəka
110-119 Parlaq zəka
120-129 Üstün zəka
130-139 Çox üstün zəka
140-149 Demək olar ki, dahi
150+ Dahi
20-ci əsrin əvvəllərindən bir çox xalqların intellekt əmsalı hər on ildə üç bal artır. Bu fenomen Flin effekti adlanır.
Əsas mənbə



Dərc edilib: 07:29:55 20/06/2014








İstifadəçi girişi


İstifadəçi adı:
Parol:

Əgər üzv deyilsinizsə, qeydiyyatdan keçin
Parolu unutmusunuzsa, bərpa edin


Facebook-da biz

Layihələrimiz
Access to Success
Access to Success - magistraturaya hazırlıq
Access to Success - Kimya dərsliyi
Access to Success - İnformatika dərsliyi
Access to Success - online testlər
Access to Success - Məqalələr

Bütün hüquqları qorunur © Rəşad Həsənov 2011-2019