Tarixdə bugün


Məlumat lenti
Ozon qazı və onun əhəmiyyəti
Dərc edilib: 01:08:10 08/06/2016


Şüuraltı nədir?
Dərc edilib: 23:21:55 05/07/2014

İntellekt əmsalı
Dərc edilib: 07:29:55 20/06/2014

Saytımızın bölmə sayları dayanmadan artır
Dərc edilib: 01:06:07 18/06/2014





Son müzakirələr


Xoşbəxtlik!


Dərc edilib: 01:41:10 20/12/2014

Sevginin ömrü nə qədərdir?


Dərc edilib: 08:25:08 10/08/2014



Baş səhifə

Dünyanın yeddi möcüzəsi

Dünyanın yeddi möcüzəsi hamısı insan tərəfindən ərsəyə gətirilmiş qeyri-adi abidə və tikililərdir. Onları, həçminin, antik dövrün yeddi möcüzəsi adı ilə də xatırlayırlar. Dünyanın yeddi möcüzəsi anlayışı ilk dəfə e.ə. 5-ci əsrdə tarixçi Heredot tərəfindən işlədilmişdir. E.ə. 4-cü əsrdə Sidonlu Antipatros tərəfindən ilk dəfə *Dünyanın yeddi möcüzəsi haqqında* adlı əsərlə siyahı hazırlanmışdır. Müasir dövrdə qəbul etdiyimiz siyahı isə e.ə. 2-ci əsrdə son formasını almışdır. Bu siyahıya aşağıdakılar daxildir:
1. Xeops ehramı
2. Babilin asma bağları
3. Olimpdə Zevsin heykəli
4. Artemida məbədi
5. Halikarnas mavzoleyi
6. Rodos nəhəngi
7. İsgəndəriyyə mayakı
Hal-hazırda Dünyanın yeddi möcüzəsindən yalnız Xeops ehramı salamat qalıb. Digərlərri isə zəlzələ, yanğın kimi amillər ucbatından məhv olmuşdur.
Xeops ehramı e.ə. 2560-cı ildə inşa edilmişdir və möcüzələr içərisində ən qədimidir. İnşa edildiyi vaxt hündürlüyü 145,75 metr olub.
Dünyanın 2-ci möcüzəsi olan Semiramidanın asma bağları qədim Şərqin ən böyük və zəngin şəhəri olan Babildə idi. Əfsanəyə görə, bu bağlar Assuriya məlaikəsi Semiramidanın əmri ilə yaradılmışdı. Əslində isə bu bağların yaradılmasını e.ə. VII əsrdə padşah Navuxodonosor əmr etmişdi.
Yunanıstanın Olimp dağlarında, yunanların baş allahı Zevsin adına hazırlanıb. Heykəlin müəllifi Fidiydir. Zevsin heykəlinin qalıqları Afinanın 150 km qərbində yerləşən qədim Olimpiya şəhərində, ilk olimpiadaların keçirildiyi yerdədir. Zevsin heykəli E.ə. 450-ci ildə, məbəd isə daha əvvəl - E.ə. 770-ci illərdə olimpiadalar başlandıqdan sonra tikilmişdir.
Tanrı Artemis adına ilk türbə e.ə. 800-cü illərdə Efesdəki nəhrin yaxınlığındakı bataqlıq sahildə qurulmuşdur. Bəzən Diana da deyilən Efes tanrısı Artemida, yunan Artemidası ilə eyni deyildir. Yunan Artemidası ov tanrısıydı. Efes Artemidası isə belindən çiyinlərinə qədər bərəkət və doğruluq tanrısıydı. Bu qədim məbəddə tamamilə yupiterdən düşən bir meteorit olduğu təxmin olunan müqəddəs bir daş vardı. Məbəd, sonrakı yüzilliklərdə bir neçə dəfə dağıdılmış və yenidən inşa edilmişdir.
5-ci möcüzə kiçik Asiyadakı qədim Kariya padşahlığının paytaxtı Halikarnasda, yəni Türkiyənin indiki Bodrum şəhərində yerləşirdi. Bu, Kariya padşahı Mavsol üçün onun dul arvadı Artemisyanın istəyilə e.ə. IV əsrin ortalarında tikilən əzəmətli məqbərə idi. Üçyaruslu məqbərənin birinci yarusunu ağ mərmərdən relyef zolağı əhatə edirdi. İkinci yarus yaraşıqlı mərmər sütunlardan, üçüncüsü isə ehramşəkilli mərmər damdan ibarət idi. İçində Mavsol və Artemisyanın mərmər heykəlləri olan dördatli araba Halikarnasdakı bu möhtəşəm məqbərəni tamamlayırdı.
Mavzoley sözü Mavsolun adından yaranmışdır.
Mavsolun və Artemisiyanın heykəlləri, həmçinin məqbərənin digər bəzək əşyaları Londondakı Britaniya muzeyində saxlanılır.
E.ə. III əsrdə sərkərdə Demetri Rodos adasına hücum etmiş, lakin rodosluları məğlub edə bilməmişdi. Adanın uğurlu müdafiəsi şərəfinə rodoslular adada dünyanın ən böyük heykəlini qoymağı qərara aldılar. Heykəltəraş Xarosun yaratdığı və Rodos nəhəngi adlandırılan bu heykəl altıncı möcüzə kimi qiymətləndirildi. Dənizlə şəhər darvazaları arasındakı bazar meydanında qoyulmuş 36 metrlik tunc heykəldə gənc oğlan təsvir olunmuşdu. Onun möhkəm ayaqları azacıq aralı, sağ əli gözlərinin üstündə idi. Başında günəş şüalarının rəmzi olan tac vardı. Bu, günəş Tanrısı Heliosun təsviri idi. Camaat onu öz himayəçisi hesab edirdi.
İsgəndəriyyə mayakı — e.ə. təqribən 280-ci ildə Nil çayının mənsəbindəki Faros adasında (İsgəndəriyyə şəhərinin kənarında) memar Knidli Sostrat tərəfindən inşa edilən Qədim Yunanıstanın ən böyük mayakı olub. Üçyaruslu bu qüllənin hündürlüyü 120 metrə çatıb. Onun zirvəsindəki daş köşkdə gəmilərə yol göstərmək üçün tonqal qalanırmış. Roma İmperiyasının süqutundan sonra mayakdan artıq istifadə olunmayıb. XIV əsrdə baş verən zəlzələdən sonra isə mayakın yerində xarabalıq qalıb.


Dərc edilib: 18:34:35 30/06/2014








İstifadəçi girişi


İstifadəçi adı:
Parol:

Əgər üzv deyilsinizsə, qeydiyyatdan keçin
Parolu unutmusunuzsa, bərpa edin


Facebook-da biz

Layihələrimiz
Access to Success
Access to Success - magistraturaya hazırlıq
Access to Success - Kimya dərsliyi
Access to Success - İnformatika dərsliyi
Access to Success - online testlər
Access to Success - Məqalələr

Bütün hüquqları qorunur © Rəşad Həsənov 2011-2019